Əsas Səhifə > Ana xəbər / Güney Press > SOCAR zavodunun satınalmalar rəisi "Bakı Metropoliteni"nə keçdi
SOCAR zavodunun satınalmalar rəisi "Bakı Metropoliteni"nə keçdiBu gün, 11:50 |
|
"Bakı Metropoliteni" QSC-də yeni təyinat baş tutub. Yurd.Media-nın əldə etdiyi məlumata görə, Vaqif Mikayılov Bakı Metropoliteni QSC-nin Təchizat zəncirinin idarə edilməsi departamentinin rəis müavini vəzifəsinə təyin olunub. O, bundan əvvəl SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda satınalmalar departamentinin rəisi vəzifəsində işləyib, 2024-cü ilin avqust ayından 2026-cı ilin aprelinədək bu vəzifəni icra edib. V. Mikayılov 2019-cu ilin yanvarından 2024-cü ilin avqustunadək SOCAR-ın Nəqliyyat Departamentində Satınalmalar və logistika departamentinin rəhbəri vəzifəsində çalışıb. Vaqif Mikayılov daha əvvəl, 2010-cu ilin martından 2024-cü ilin avqustunadək SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda fəaliyyət göstərib. Bu müddətdə o, marketinq departamentinin rəhbəri olub, həmçinin marketinq sahəsində çalışıb. Qeyd edək ki, Vaqif Mikayılovun satınalma, logistika, marketinq və təchizat zəncirinin idarə edilməsi sahələrində uzunillik iş təcrübəsi var. Geri qayıt |