Əsas Səhifə > Ana xəbər / Güney Press > Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı

Dünya çempionatının Təşkilat Komitəsində yüksək vəzifə aldı


Bu gün, 15:29

Azərbaycanda keçiriləcək nüfuzlu turnirin Təşkilat Komitəsinə yeni təyinat baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Lamiyə Qocayeva FIFA U-20 dünya çempionatı 2027-nin Yerli Təşkilat Komitəsində (YTK) rəis müavini təyin olunub.

O, bundan əvvəl Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) Marketinq və Sponsorluq Departamentinin rəis müavini vəzifəsində çalışıb. Daha əvvvəl isə "Neftçi" futbol klubunda fəaliyyət göstərib.

Qeyd edək ki, 2027-ci ildə U-20-lər arasında keçiriləcək dünya çempionatına Azərbaycan və Özbəkistan birgə ev sahibliyi edəcəklər.


Geri qayıt