Əsas Səhifə > Ana xəbər / Güney Press > Səfirliyimizin önündə bu sözləri qışqırmışdı: Axtarışa verildi
Səfirliyimizin önündə bu sözləri qışqırmışdı: Axtarışa verildiBu gün, 07:10 |
|
Azərbaycanın Türkiyədə fəaliyyət göstərən yeddi nəfər haqqında beynəlxalq axtarış elan etməsi diqqəti bir daha radikal dini-siyasi təşkilatların fəaliyyətinə yönəldib. Axar.az xəbər verir ki, bu sözləri araşdırmaçı jurnalist Elbəyi Həsənli qeyd edib. “Bu şəxslərdən Abdullah İmamoğlu (Zəkəriyə Can - red.) oktyabrın 13-də Ankarada Azərbaycan səfirliyi qarşısında “Hizbüt-Təhrir”in təşkil etdiyi aksiyanın bəyanatını oxuyub. Həmin aksiyada səsləndirilən şüarlardan biri xüsusilə diqqətəlayiqdir: “Tək dövlət, tək ümmət, tək çözüm: Xilafət” (Tek devlet, tek ümmet, tek çözüm: Hilafet). Bu, sadəcə hicab azadlığının müdafiəsi deyil. Bu şüarın arxasında milli dövlətlərin suverenliyini vahid dini hakimiyyət ideyasına tabe etməyə çalışan siyasi dünyagörüş dayanır. “Hizbüt-Təhrir” də öz proqramında xilafətin bərpasını məqsəd kimi göstərir. Azərbaycan və Türkiyənin münasibətlərini belə radikal dini-siyasi ideologiyalar müəyyən etməməlidir. İki ölkəni ortaq tarix, dil, mədəniyyət və dövlətçilik maraqları bağlayır. Bu əlaqələr nə dini təriqətlərin, nə də xilafət tərəfdarlarının siyasi layihələrinə qurban verilə bilər. Oxşar problem İranın dini-siyasi modelini Azərbaycan üçün nümunə hesab edən bəzi şiə siyasi çevrələrində də görünür. Onlar üçün məzhəb həmrəyliyi bəzən milli və dövlətçilik maraqlarından üstün tutulur. İranın Ermənistanla uzun illər davam edən yaxın münasibətlərinə baxmayaraq, Tehranı ideoloji mərkəz kimi qəbul etmələri bu ziddiyyəti daha da aydın göstərir. Dini etiqad azadlığı ilə dini ekstremizm eyni şey deyil. İnsan istədiyi dinə və məzhəbə inana bilər. Lakin dini inancı milli dövlətçiliyi inkar edən siyasi layihəyə çevirmək başqa məsələdir. Azərbaycan–Türkiyə münasibətlərinin gələcəyini nə xilafət xülyası quranlar, nə də xarici dini-siyasi mərkəzlərə bağlılıq təbliğ edənlər müəyyən etməlidir. Bu münasibətlərin təməlində iki müstəqil dövlətin suverenliyi, xalqların qardaşlığı və ortaq milli maraqlar dayanmalıdır”. Geri qayıt |