Əsas Səhifə > Ana xəbər / Güney Press > "MİRAS" Hərbi-Sənaye Şirkətində YENİ TƏYİNAT
"MİRAS" Hərbi-Sənaye Şirkətində YENİ TƏYİNATBu gün, 09:06 |
|
Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki "MİRAS" Hərbi-Sənaye Şirkətində yeni təyinat baş tutub. Yurd.Media-nın əldə etdiyi məlumata görə, Toğrul Nayibzadə şirkətdə Layihələndirmə və mühəndislik şöbəsinin müdiri təyin edilib. O, bu təyinatadək mühəndis işləyib. Qeyd edək ki, "MİRAS" Hərbi-Sənaye Şirkəti hərbi təyinatlı məhsulların təmiri, servisi, inteqrasiyası və modernizasiyası ilə məşğuldur. Şirkət Azərbaycanda və xarici ölkələrdə həyata keçirilən layihələrin icrası, mövcud sistemlərin lokallaşdırılması, vaxtında təmiri və müasir tələblərə uyğun modernizasiyası istiqamətində fəaliyyət göstərir. "MİRAS" Hərbi-Sənaye Şirkəti bu il Müdafiə Nazirliyinin tabeliyindən çıxarılaraq Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilib. Geri qayıt |