İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı İdarə Heyətinin sədri Rüfət Mahmud müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Arif Əliyev İdarənin Turizmin idarə edilməsi və inkişafı şöbəsinin müdiri təyin olunub.
Qeyd edək ki, A.Əliyev bundan əvvəl paytaxt turistlərinə xidmət göstərən “Baku City Tours” şirkətinin direktor müavini vəzifəsində çalışıb.
Eyni zamanda o, turistlərin əşyalarını qorumaq üçün baqaj və çatdırılma xidməti göstərən “Baku Safe Locker” şirkətinin təsisçisidir.
A.Əliyev 2018-2022-ci illərdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitunda fəaliyyət göstərib.
