Əsas Səhifə > Ana xəbər / Güney Press > “Azərpoçt”un rəhbəri iki şöbəyə yeni müdirlər təyin etdi

“Azərpoçt”un rəhbəri iki şöbəyə yeni müdirlər təyin etdi


Bu gün, 11:16

“AZCON Holding” şirkətlərindən olan “Azərpoçt” MMC-də kadr təyinatları olub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı MMC-nin İdarə Heyətinin sədr əvəzi Manaf Babayev müvafiq əmr imzalayıb.

Belə ki, Sübhan Zeynalov “Azərpoçt”un Daxili audit departamentinin müdiri vəzifəsinə, Kənan Yusubov isə “Azərpoçt”un Şəbəkə inzibatçılığı şöbəsinə təyin ediliblər.

Qeyd edək ki, hər iki şəxs 2022-ci ildən “Azərpoçt”da fəaliyyət göstərirlər.


Geri qayıt