Əsas Səhifə > Ana xəbər / Güney Press > SOCAR-da yeni vəzifəyə təyin olundu, Rövşən Nəcəf təltif etdi
SOCAR-da yeni vəzifəyə təyin olundu, Rövşən Nəcəf təltif etdiBu gün, 11:18 |
|
SOCAR Nəqliyyat İdarəsi 5 saylı Texnoloji Nəqliyyat Departamentinə yeni direktor müavini təyin olunub. Yurd.Media-nın əldə etdiyi məlumata görə, müvafiq əmrlə bu vəzifəyə Toğrul Hidayətov təyinat alıb. Qeyd edək ki, bir neçə gün öncə Toğrul Hidayətov SOCAR prezidenti Rövşən Nəcəfin əmri ilə respublikanın neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə "Fəxri Fərman" ilə təltif edilib. O, 2021-ci ildən yeni təyinatadək 1 saylı Texnoloji Nəqliyyat Departamentinin direktor müavini vəzifəsində çalışıb. 2014-2021-ci illərdə isə Ehtiyatların idarə edilməsi şöbəsinin rəisi vəzifəsində işləyib. T. Hidayətov 2010-cu ildən SOCAR-da fəaliyyət göstərir.
Geri qayıt |