Əsas Səhifə > Ana xəbər / Güney Press > Fərid Qattal “PwC Azərbaycan”dan getdi, “Deloitte”da yeni vəzifəyə təyin olundu

Fərid Qattal “PwC Azərbaycan”dan getdi, “Deloitte”da yeni vəzifəyə təyin olundu


Bu gün, 16:28

“PwC Azərbaycan”ın departament rəhbəri Fərid Qattal vəzifəsindən ayrılıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, o, beynəlxalq audit və konsaltinq şirkəti “Deloitte”də yeni vəzifəyə təyin olunub.

Belə ki, F.Qattal bu ay şirkətin Texnologiya və Transformasiya üzrə direktoru vəzifəsinə təyinat alıb.

Fərid Qattal “PwC Azərbaycan” şirkətində 2026-cı ilin iyul-sentyabr aylarında Müəssisə Tətbiqləri üzrə direktor vəzifəsində çalışıb. 2024-cü ilin martından 2026-cı ilin iyununadək isə “PwC Azerbaijan”ın Məsləhət Xidmətləri üzrə direktoru vəzifəsini tutub. O, 2023-cü ilin avqustundan 2024-cü ilin martınadək şirkətdə Texnologiyalar üzrə Məsləhət Xidmətlərinin direktoru, 2022-ci ilin aprelindən 2023-cü ilin avqustunadək isə bu istiqamət üzrə baş menecer vəzifəsində çalışıb.

Fərid Qattal 2016–2022-ci illərdə “SAP” şirkətində müxtəlif vəzifələrdə, o cümlədən baş həll arxitektoru və biznes həlləri arxitektoru kimi fəaliyyət göstərib.


Geri qayıt