Əsas Səhifə > Ana xəbər / Güney Press > "Food Mood" şəbəkələrinin sahibi olan şirkətə direktor təyin olundu
"Food Mood" şəbəkələrinin sahibi olan şirkətə direktor təyin olunduDünən, 22:48 |
|
Mehmanxana və ictimai iaşə xidmətləri, əyləncə və istirahət xidmətləri sahəsində xidmət göstərən "MER Group" şirkətində yeni təyinat baş tutub. Yurd.Media-nın əldə etdiyi məlumata görə, Zaur Hüseynov MER Group şirkətində Biznesin inkişafı üzrə direktor vəzifəsinə təyin olunub. Z. Hüseynov bundan əvvəl "PMD Group" şirkətində əməliyyat meneceri vəzifəsində fəaliyyət göstərib. O, bu vəzifədə 2024-cü ilin fevralından 2026-cı ilin avqustunadək çalışıb. Yeni vəzifəsində Zaur Hüseynovun əsas fəaliyyət istiqamətləri yeni biznesin inkişafı və əməliyyatların idarə olunması olacaq. Qeyd edək ki, “MER Group” MMC Azərbaycanın magistral yolları boyunca səyahət edənlərə rahatlıq və keyfiyyətli xidmət təqdim edən "Food Mood" müasir yolüstü istirahət və iaşə şəbəkələrinin sahibidir. Şirkət hazırda respublika üzrə 21 məntəqədə xidmət göstərir ki, onlardan 12-si 24 saat fasiləsiz fəaliyyətdədir. Digər məntəqələr isə müəyyən iş saatları çərçivəsində əhaliyəxidmət göstərir. Geri qayıt |