Əsas Səhifə > Ana xəbər / Güney Press > UNEC-in tenderini udan şirkətin vergi borcu varmış
UNEC-in tenderini udan şirkətin vergi borcu varmışBu gün, 01:16 |
|
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tədris korpuslarının və inzibati binalarının iklimləndirmə sistemlərinə xidmət göstərilməsi məqsədilə keçirdiyi satınalma müsabiqəsinə yekun vurub.
32gun.az-ın əldə etdiyi məlumata görə, ali təhsil müəssisəsi kondisionerlərin sazlanması və təmir edilməsi xidmətinin satın alınması üzrə "ABABİL CONSTRUCTİON GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlaya bilər.
İmzalayan satınalma müqaviləsinin ümumi maliyyə dəyəri 41.724,8 AZN təşkil edir.
10 manatlıq kapital və 21.5 min manatlıq vergi borcu
32gun.az-ın əldə etdiyi digər əsas məlumata görə, universitetin 41.7 min manatlıq tenderinin qalibi olan "ABABİL CONSTRUCTİON GROUP" MMC-nin dövlət büdcəsinə 21.529,92 AZN məbləğində vergi borcu mövcuddur.
Rəsmi registr məlumatlarına əsasən, nizamnamə kapitalı cəmi 10 AZN olan müəssisənin hüquqi ünvanı Cəbrayıl rayonu, Daş-Veysallı kəndi, ev 350 ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi isə Faxrəddin Camalov Alı oğludur.
Dövlət büdcəsinə 21.5 min manatdan çox vergi borcu olan və cəmi 10 manat kapitalı bulunan bir şirkətə universitetin iklimləndirmə sistemlərinin bərpasının tapşırılması diqqət çəkən məqamlardandır.
Xatırladaq ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru iqtisad elmləri doktoru, professor Ədalət Cəlal oğlu Muradovdur.
Geri qayıt |