Əsas Səhifə > Ana xəbər / Güney Press > Mütəxəssis kimi işə başladı, 3 aya icraçı direktorun müavini oldu

Mütəxəssis kimi işə başladı, 3 aya icraçı direktorun müavini oldu


Bu gün, 01:25

Bakıda kuryerlər üçün elektrik velosipedləri, batareya dəyişimi və idarə olunan park xidməti göstərən "MinVolt" şirkətinin icraçı direktoruna yeni müavin təyin olunub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, bu vəzifəyə Turan Zeynalzadə təyinat alıb.

O, bu ilin iyun ayından şirkətdə işə başlayıb və yeni təyinata qədər mütəxəssis vəzifəsində çalışıb.

Qeyd edək ki, "MinVolt" MMC Bakıda kuryerlər və bizneslər üçün elektrik velosipedlərinin (e-bike) icarəsi və limitsiz batareya dəyişmə şəbəkəsi xidmətini təqdim edən texnoloji ekosistem şirkətidir. MMC-nin direktoru Təhmasib Zeynalovdur.


Geri qayıt