Əsas Səhifə > Ana xəbər / Güney Press > Lüksemburqdakı işini buraxdı, AZCON Holdinqdə yeni vəzifəyə təyin olundu

Lüksemburqdakı işini buraxdı, AZCON Holdinqdə yeni vəzifəyə təyin olundu


Bu gün, 09:15

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON Holdinq) yeni təyinat baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Arslan Abdulla "AZCON Holdinq"də Strategiya və biznes təhlili üzrə rəhbər vəzifəyə təyin olunub.

O, 2026-cı ilin oktyabr ayından etibarən yeni vəzifəsində fəaliyyətə başlayıb.

A.Abdulla bu təyinatadək Lüksemburqda fəaliyyət göstərən KKR şirkətində komanda rəhbəri vəzifəsində çalışıb. 2024-cü ilin mart ayından bu ilin oktyabrınadək həmin şirkətdə işləyib.

Bundan əvvəl o, Lüksemburqda yerləşən "Intertrust Group" şirkətində müxtəlif vəzifələrdə çalışıb. Belə ki, 2022-ci ilin martından 2024-cü ilin noyabrınadək baş əlaqələr üzrə menecer, 2021-ci ilin martından 2022-ci ilin martınadək isə əlaqələr üzrə menecer vəzifəsini tutub.


Geri qayıt