Əsas Səhifə > Ana xəbər / Güney Press > Mehdiyevə həbsdən xilas yolu
Mehdiyevə həbsdən xilas yoluBu gün, 10:01 |
|
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev dövlətə xəyanət, dövlət hakimiyyətini zorla ələ keçirməyə cəhd və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ittihamları ilə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. İstintaq çərçivəsində onun ailə üzvləri də şahid qismində dindiriliblər. Yeri gəlmişkən, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Ramiz Mehdiyevin işi üzrə məhkəmə prosesində şahid qismində ifadə verib. O, Reaksiya TV-yə danışarkən sabiq Prezident Administrasiyası rəhbərinin məhkəməyə onlayn qoşulduğunu və onu divanda uzanmış vəziyyətdə gördüyünü bildirib. S.Cəlaloğlunun sözlərinə görə, Ramiz Mehdiyev prosesi diqqətlə izləyib, replikalar verib və suallara cavab verib. O, Mehdiyevin zəkasında, nitqində, danışığında və qavrayışında kənardan nəzərəçarpan problem görmədiyini deyib. Yada salaq ki, Gununsesi.info-nun yaydığı məlumata görə, Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev atasının səhhəti ilə bağlı diqqətçəkən ifadə verib. O bildirib ki, atası bir sıra xəstəliklərdən əziyyət çəkir, yaddaş pozğunluğu var və bəzən öz hərəkət və davranışlarının fərqində olmur. Timur Mehdiyevin sözlərinə görə, atası bəzən nə dediyini və hansı hərəkətləri etdiyini anlamır. O, bu səbəbdən atasının ittiham olunduğu məsələlərlə bağlı konkret məlumatının olmadığını bildirib. Oğlunun ifadəsi Ramiz Mehdiyevin səhhətinin məhkəmə prosesinə mümkün təsiri məsələsini gündəmə gətirir. Bununla belə, açıqlanan məlumatlarda onun konkret hansı xəstəlikdən əziyyət çəkdiyi göstərilmir. Yaddaş pozğunluğu müxtəlif səbəblərdən yarana bilər və yalnız bu əlamətə əsasən konkret xəstəlik barədə nəticə çıxarmaq düzgün deyil. Azərbaycan qanunvericiliyinə görə, şəxsin psixi vəziyyətinin cinayət işi üçün əhəmiyyətli hallara təsiri müvafiq ekspert rəyi ilə müəyyənləşdirilə bilər. Buna görə də əsas sual Ramiz Mehdiyevin hansı diaqnozunun olması ilə yanaşı, səhhətinin onun məhkəmə prosesində iştirakına və özünü müdafiə etmək imkanına təsir edib-etməməsidir. Belə xəstəliklərdən əziyyət çəkən şəxs məhkəmə qarşısına çıxarıla və mühakimə oluna bilərmi? Ramiz Mehdiyevin səhhətinin məhkəmə prosesində iştirakına mane olub-olmadığını müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası tələb edilirmi? Əgər xəstəlik şəxsin özünü müdafiə etmək və prosesin mahiyyətini anlamaq imkanlarını məhdudlaşdırırsa, qanunvericilikdə hansı prosedurlar nəzərdə tutulur? Ekspertiza şəxsin ruhi xəstə və ya ruhi pozuntusunun olub-olmaması, əgər varsa, pozuntunun növü, onun öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək imkanına malik olub-olmaması, öz hərəkətlərinə rəhbərlik edə bilib-bilməməsi, psixi vəziyyətinin ona prosesdə iştirak etməyə, müdafiə hüququnu həyata keçirməyə imkan verib-verməməsi kimi suallara aydınlıq gətirməlidir". Hüquqşünas onu da diqqətə çatdırdı ki, ekspertiza ambulator qaydada və ya stasionar şəraitdə (müəyyən müddətə xəstəxanaya yerləşdirməklə) aparıla bilər: “Lakin ekspertizanın müsbət rəyi olsa belə, şəxs avtomatik anlaqsız hesab olunmur. Ekspertizanın rəyi digər sübutlarla birlikdə qiymətləndirilir. Məhkəmə rəylə razı deyilsə, əlavə və ya təkrar ekspertiza təyin edə bilər. Məhkəmə ekspert rəyini və digər sübutları qiymətləndirərək şəxsi anlaqsız hesab edərsə, onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərar qəbul edir. Tibbi xarakterli məcburi tədbirlər ümumi tipli, ixtisaslaşdırılmış və ya ciddi nəzarətli psixiatriya müəssisəsində müalicə şəklində ola bilər". Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov R.Mehdiyevlə bağlı məsələni bu cür şərh etdi: “Bu kimi hallarda prosedurlar bundan ibarətdir: əgər hüquq-mühafizə orqanları gərək sayırsa, nevroloqun, xüsusən də psixiatrın rəyini alırlar. Bu rəylərdə hər şeyin normal olduğu qeyd edilirsə, prosesi davam etdirmək olar. Yox, əgər bu rəylərdə hər hansı bir kənaraçıxmalar varsa, o zaman buna müvafiq olaraq tədbirlər görülür. Digər tərəfdən, məhkəmə də hesab edirsə ki, belə bir problem olma ehtimalı var, yaxud əks tərəfin vəkili tərəfindən belə iddialar ortaya qoyulursa, psixiatrik rəyin alınması üçün müraciət edilə bilər”. “Yeni Müsavat” Geri qayıt |