Əsas Səhifə > Ana xəbər / Güney Press > “Kapital Bank” yeni şirkət yaradıb

“Kapital Bank” yeni şirkət yaradıb


Bu gün, 14:55

İyunun 29-da “Bir Finance” MMC (VÖEN: 1407695071) Dövlət Vergi Xidməti Tərəfindən dövlət qeydiyyatına alınıb.

"DİA-AZ" xəbər verir ki, yeni yaradılan şirkətin nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi Məmmədquliyev Fərhad Süleyman oğludur.

Şirkət “Kapital Bank”ın baş ofisinin yerləşdiyi – Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr. ev.153, Port Baku Towers-2 hüquqi ünvanında yerləşir.

İbrahimov Məhəmməd Əhməd oğlu, Əhədov Qərib Lazım oğlu və Məmmədov Pərvin Zahid oğlu şirktətin müşahidə şurasının üzvləridir.

Xatırladaq ki, İbrahim Məhəmmədov “Bir ekosistemi”nda Əməliyyat Ofisinin Lideri vəzifəsində, Qərib Əhədov “Kapital Bank”ın Biznes kreditlərinin anderraytinqi departamentinin direktoru vəzifəsində, Pərvin Məmmədov “Kapital Bank”da Maliyyə Ofisinin rəhbəri vəzifəsində çalışır. Həmçinin Pərvin Məmmədov “Bir Kredit BOKT” MMC-nin Müşahidə Şurasının üzvüdür.


Geri qayıt