Əsas Səhifə > Ana xəbər / Güney Press > Məktəb direktoru işdən çıxdı

Məktəb direktoru işdən çıxdı


Bu gün, 17:32

Oğuz rayon M.F.Axundov adına Xaçmaz kənd 1 nömrəli tam orta məktəbin direktoru Aynurə Səfərova vəzifəsindən ayrılıb.

Ölkə.az-ın əldə etdiyi xəbərə görə, o, başqa işə keçməsi ilə əlaqədar öz istəyi ilə işdən çıxıb.

A.Səfərova fəaliyyətini Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində (MÜTDA) davam etdirəcək. O, agentliyin İmtahan və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, A.Səfərova 2024-cü ilin aprel ayından sözügedən məktəbin direktoru vəzifəsində çalışırdı.


Geri qayıt