|
"Bir yazmışam, bir də yazım... TƏBİB direktorunun bu fikri "Çox çalışan həkimlər çox da qazanc əldə edəcəklər" fikri barədə... Yəni daha çox xəstə qəbul edərlərsə, daha çox qazanacaqlar..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış tibb işçisi Faiq Məmmədli qeyd edib. O daha sonra bildirir: "Hörmətli Anar Bayramov "ÇOX XƏSTƏYƏ BAXMAQ"NƏ PAMBIQ İSTEHSALIDIR, NƏ YUMURTA, NƏ TOYUQ, NƏ GİLAS, NƏ DAMAZLIQ HEYVAN... Hansılar ki, doğurdan da çox məhsul əlavə pul gətirir. Həkimlik peşəsi yüksək intellektual,zehni, bəzən də fiziki işdir, bunun üçün də müəyyən vaxt, qanunla müəyyən edilmiş iş yükü və iş həcmi tələb olunur.bunun üçün də Ümumdünya səhiyyə təşkilatının (ÜST) ekspertləri xüsusi parametr və kriteriyalar təsdiq etmişlər. Təcrübə göstərir ki, həkimlərin iş vaxtı ərzində çox xəstə qəbul etməsi diaqnostik, müalicəvi və ilkin yardım prosesində ciddi səhvlər, xətalar buraxma hallarını xeyli artırır, həkimin özündə yorğunluq və əsəbilik yaradır. Deməli, "velikiy" TƏBİB xəstələrin səhv diaqnoz, səhv müalicə və səhv tibbi yardım almasını qəbul edir,təki desinler həkimlərin maaşını artırdıq Sonra başdasınlar sosial rifahdan, vətəndaş məmnunluğu dan, qayğıkeşlikdən ürəkdolusu danışmağa. Hörmətli Anar Bayramov həkimlərin, hətta TTY tibb bacıları və sürücülərinnin əməkhaqqını artırmaq üçün Əmək Məcəlləsinin 61 62,164,165-ci maddələrini tətbiq etmək kifayətdir. TƏBİB-in vəzifəsi xəstələrə şəfa verməkdir, əzab yox..."
Geri qayıt
|