Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > Bulanıq sularda BALIQ TUTANLAR...

Bulanıq sularda BALIQ TUTANLAR...


14-09-2026, 14:57

"İl ərzində müəyyən fasilələrlə kənddə və Xırdalanda yaşadığım üçün pis idarəetmənin konkret nümunələrini və insanlar üçün necə əzab-əziyyətə, xərcə çevrildiyini hər 2 yaşayış məntəqəsində rahatlıqa görə bilirəm..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmı itqisadçı Rövşən Ağayev qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Xırdalandan başlaym. Yaşayanlar bilir, bütün yayı, məktəblərin bağlı, əhalinin müəyyən hissənin kənarda olduğu dövrü yola verib avqustun 2-ci ongünlüyündə mərkəzi prospekti qazmağa başlayıblar ki, bəs kanalizasiya çəkirik.
Kanalizasiyanı ona görə yeniləyirlər ki, işləmədiyi üçün Ceyranbatan gölünün ətrafında az qala 2-ci bir tullantı gölü yaradıb. Həmin gölməçə də təkcə ətrafa, o cümlədən nəhəng içməli su rezervuarlna üfunət yaymır. Həm də tam üzərindən keçən Abeşeron dairəvi yol layihələrindən birinin çəkilişini mümkünsüz edir.
Hər kəs deyə bilər ki, belə olan halda kanalizasiya suisteminin yenilənməsinin nəyi pisdir? Əlbəttə, heç nəyi pis deyil.
Problem ondadır kii, bütün Xırdalanın, o cümlədən mərkəzi prospektin su-kanalizasiya xətləri 8 il əvvəl - 2018-ci ildə yenidən qurularaq istifadəyə verilmişdi. 8 il əvvəl insanlar aylarla bu tıxaclarda zamanlarını və benzinlərini xərcləmişdilər. İndi məlum olur ki, o zamana çəkilən borular mövcud yükə uyğun deyil. Axı 30-40 il əvvəl bəlkə indini proqnozlaşdırmaq çətin ola bilərdi, cəmi 8 il qabaq niyə mümkün olmayıb? Olub, sadəcə iş səriştəsiz və acıgöz adamların əlinə düşüb.
Məsələnin başqa bir insanda qəzəb yaradan tərəfi var: son 30 ildə Xırdalanın yeni məskunlaşma hissəsində yolları o qədər dar qoyublar ki, uzun bir küçədə 1 sıra maşın gedəndə o biri başdan küçəyə daxil olanlar gözləməlidir. Bu isə əsas prospektə təmirin getdiyi zamanda 2-ci dərəcəli yollardan istifadəni çətinləşdirir və ara yollarda bööyük tıxaclar yaradır.
Hər ehtimala qarşı bu layihəni icra edənlərə bir xəbərdarlıq edim, sonra bir də ayılıb görməsinkər ki, Ceyrabatan ətrafından tullantı gölü qurumamış qalıb. Problemin həlli üçün mərkəzi prospektin xəttinin diametrini böyütmək kifayət etməyəc. Camaatın arasında "Uğur Market" deyilən ərazidən mərkəzi prospektə qədər olan təxminən 2 km-lik hissədə də yenilənmə olmasa, problem həllini tapmayacaq. Çünki yağışlı havalarda ən çox daşmalar və kənara axan tullantılar məhz həmin hissədə formalaşır.
2-ci nümunəni kəndimizdən deyim.
İndiki ilə müqayisədə sovet dövründə daha genişmiqyaslı əkin işləri aparılmasına baxmayaqaq, həmin vaxt kənddə şoranlaşma, yeraltı suların həyət-bacaları basması problemi olmamışdı. Düzənsiz-nizamsız əkin işləri, suvarma idarəçiliyi son 25-30 ildə kəndi yeraltı sualara təslim edib. Son 1 ayda hətta məktəb kimi istifadə olanan uçaş bağçası belə su altında qalmışdı.
Belə vəziyyətdə yerli idarəçilər üçün ən rahat yol kəndə gələn kanalları qurutmaqdır. Kanallların qurudulması isə kəndin yeraltı su çıxmayan ərazilərindəki əkin sahələrinin, meyvə ağaclarının sussuzluqdan itirilməsi deməkdir.
Kənddə də 2016-2017-ci illərdə yerltı xətlər əsasında dren sistemi qurulmuşdu. Amma yüz minlərələ manat xərclənən bu layihə nəticəsiz oldu. Səbəb yenə də işin səriştəsiz və acıgöz adamların əlinə düşməsi idi. Əhalinin dediyinə görə, orda da xətlərin diametri kiçik olub və mövcud yeraltı suları çəkib apara bilmir, həm də yeraltı xətlər çınqılla yaxşı örtülmədiyi üçün borular müxtəlif nöqtələrdə torpaqla dolduğu üçün yeraltı suların açıq kollektora axıdılmasına imkan vermir.
Oxşar bir layihə su aretizanın vurulmassında da oldu. Təxminən 3-4 il əvvəl 120 metr dərinliyində artezian qazıldı, sonra on minlərlə manat xərc çəkilən quyunun ağzını qapayıb getdilər. Deyilənə görə keyfiyyətli su əldə etmək üçün əlavə 50-60 min manat da lazım imiş ki, quyu daha dərin qazıldın. Amma büdcə bitdiyi üçün quyunu yarımçıq qoyub getməyi məsləhət görüblər.
Çox yaxın tarixdə 2 yaşayış məntəqəsində milyonlarla manat xərclənən 3 layihənin necə səmərəsiz icra edildiyini gördünüz.
Amma bu təkcə israf da deyil. İnsanlar üçün böyük maddi itkilər, mənəvi əzablar deməkdir...."

Geri qayıt