Əsas Səhifə > Manşet / Gündəm > Neft bahalaşır... neftçi isə MAAŞ ARTIMI İSTƏYİR...
Neft bahalaşır... neftçi isə MAAŞ ARTIMI İSTƏYİR...15-09-2026, 09:54 |
|
"DİA-AZ" bildirir ki, neftin qiymətinin qalxması fonunda bir məsələ də sosial şəbəkələrin əsas müzakirə predmetinə çevrilib. Söhbət artıq 6-cı ildir ki əməkhaqqıları nəinki qalxmayan, əksinə daha da azaln sıravi neftçilərdən, SOCAR işçilərindən gedir. Məsələnin aktuallığını nəzərə alıb, "DİA-AZ"a ünvanlanan bəzi neftçi müraciətlərini SOCAR rəhbərliyinin nəzər-diqqətini cəlb etmək üçün ictimailəşdiririk... Beləliklə... (QEYD: Bütün neftçi müraciətləri olduğu kimi - redaktə olunmadan təqdim edilir. Zatən istəklər anlaşılandır...) *** Ələsgər Cəmiloğlu adlı SOCAR işçisi yazır:
"SOCAR şirkətinin yeni prezidenti və köməkçiləri öz,ayluıq məvaciblərin qaldırıb və orta məmumurlarında əmək haqqıların artırmısınız.İllərdi dənizın müxtəlif yerlərində min bir əziyyətlə calısmişiq aldığımız əmək haqqı süpürgəcinin aylıq məvacibidir.Cənab Rövşən Nəcəfli siz yaxşı olardı işçilərin əziyyət haqqılarını dəyərləndirəsiniz.Nə üçün biz küləkli,soyuq, rütubətli dənizdə çalışaq aldığımız məvacib bizə catmasın, hansı ədalətdən danışmaq olar. Yadınzda qalsın fəhlə və usta olması sizlərdə olmazsınız artırın aylıq əmək haqqını utanıram aldiğım pul 10günə çatmır..."
Vüsal Rəhimov adlı SOCAR işçisi yazır:
"5 ildi neftçilərin əməkhaqqısı artmır... Halbuki ölkə iqtisadiyyatının 80%-dən çoxunu neftdən gələn maliyyə təmin edir. Bu neftçilərə qarşı hörmətsizlikdir..."
İradə Şahverdiyeva adlı SOCAR işçisi yazır:
"Deyilən hər şeylə razıyam. Biz ailələrimizdən uzaqda işləyirik; hamımızın övladları var və onlar valideynlərini həyatlarının böyük bir hissəsində görmürlər. Biz onlara gələcək təmin etmək — yedizdirmək və təhsil vermək — üçün burada işləyirik, lakin əslində, hətta ən zəruri ehtiyaclarımızı ödəməyə belə kifayət edəcək qədər qazanmırıq. Neft sənayesində iş yerləri başqa hər yerdə yüksək maaşlıdır, bəs nə üçün biz burada bunu görmürük? Daimi risklərin mövcud olduğu strateji bir zonada işləyirik, buna baxmayaraq, əməkhaqqı çox aşağıdır..."
Oruc Nəzərov adlı SOCAR işçisi yazır:
"SOCAR rəhbərliyinə müraciət:
Yazıb Sizdən xahiş edirəm Əməkhaqqının 2022-ci ildən etibarən artırılmaması barədə
Hörmətli rəhbərlik,
Mən SOCAR sistemində əmək fəaliyyəti göstərən əməkdaş kimi bildirirəm ki, 2022-ci ildən etibarən əməkhaqqımda heç bir artım həyata keçirilməyib.
Bu müddət ərzində ölkədə ərzaq, kommunal xidmətlər, nəqliyyat və digər gündəlik xərclərin əhəmiyyətli dərəcədə artması əməkhaqqının real alıcılıq qabiliyyətinə ciddi təsir göstərib.
Əmək fəaliyyətimin, üzərimə düşən vəzifələrin və məsuliyyətin nəzərə alınaraq, əməkhaqqımın yenidən nəzərdən keçirilməsini və artırılması məsələsinə obyektiv şəkildə baxılmasını xahiş edirəm.
Hesab edirəm ki, uzun müddət ərzində əməkhaqqının dəyişməməsi əməkdaşların sosial vəziyyətinə və əməyə motivasiyasına mənfi təsir göstərir.
Müraciətimin araşdırılmasını və nəticəsi barədə mənə məlumat verilməsini xahiş edirəm..."
Anar Nəcəfov adlı SOCAR işçisi yazır:
"Sadece bir sualim.var bir neftci olaraq.
Ne ucun Dövlet qulluqculerinin maaşlari pa demiyadsn sonra 3 defe artib amma o Dövlet büdcesin dolduran Neftcilerin maaşlari artmir? 5 ildi maaşlar artmir hani haqq edalet?
Neftclier kredit icinde batir..."
***
MƏSƏLƏ DİQQƏTİMİZDƏDİR...
Geri qayıt |