Əsas Səhifə > Manşet / Gündəm > Fermerlər üçün YENİ SIĞORTA TƏLƏSİ...

Fermerlər üçün YENİ SIĞORTA TƏLƏSİ...


16-09-2026, 09:13

"Torpağını buraxıb kənddən şəhərə, ölkədən köçməyib hələ də məhsul istehsal edən, kəndin bərbad kommunal və infrastruktur xidmətlərinə baxmayarq hələ də istehsalını davam etdirən fermerlər məmləkətin ən fədakar insanlarıdırlar..." "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə tanınmış iqtisadçı Rövşən Ağayev çıxış edib.
Əlaqədar qurum və şəxslərə xitab edən iqtisadçı-ekspert daha sonra fikrini belə davam etdirir: "Amma son illərdə bürokratik əngəllər, sənədləşmə süründürməçiliyi bu təbəqəni yorub əldən salır.
Bayaq Şəki-Zaqatala bölgəsindən tanıdığım bir nəfəri yazıb ki, sığorta qurumu 2-3 il əvvəl dənli bitkilərə təbii fəlakətin vurduğu ziyana görə kompensasiya ödədiyi fermerlərdən istifadə etdikləri toxumun alış qaiməsini, əks halda sığorta ödənişinin geri qaytarılmasını tələb edir.
Azərbaycanda kənd təsərrüfatı müəssisələrindən fərqli olaraq fərdi fermerlərin, ailə təsərrüfatlarının mühasibat uçotu aparmaq, qaimə tipli sənədləri saxlamaq kimi öhədliyi yoxdur. Əgər yoxdursa, deməli hansısa sığorta şirkətinin də belə tələb irəli sürməsi hüquqi deyil..."

Geri qayıt