Əsas Səhifə > Manşet / Siyasət > Bu qaz idarəsində KORRUPSİYA ŞÜBHƏSİ...

Bu qaz idarəsində KORRUPSİYA ŞÜBHƏSİ...


17-09-2026, 07:30

"Yoxlanılmasına, təcili nəzarətə götürülməsinə ciddi ehtiyac duyulur! Bəlkə verilən məlumat doğrudur?!" "DİA-AZ" xəbər verir ki, bu iddianı səsləndirən tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı özünün sosial şəbəkə hesabındakı paylaşımında olduqca ilginc açıqlama ilə çıxış edib.
Biləsuvar rayonundan verilən xəbəri təqdim edən NHMT sədri yazır:
"Rayonun Xrmandalı kəndində bir podratçı təşkilat köhnə qaz xətlərini yenisi ile əvəz edir. Bu zaman Lənkaran RQİİ, Biləsuvar XS-nin qəza xidməti rəisi təzə boruları satdırıb yerinə təmizlənmiş köhnə borular qoydurur..."

Qeyd edək ki, NHMT sədri əlaqədar qurum və şəxslərin izahatını tələb edir.

Məsələ diqqətimizdədir...


Geri qayıt