Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > SOCAR-da ƏNDRƏBADİ KADR SİYASƏTİ...
SOCAR-da ƏNDRƏBADİ KADR SİYASƏTİ...17-09-2026, 12:16 |
|
"Əmək məcəlləssinin qanunlarını göydən paraşütlə düşən rəhbər şəxslərə, varlı balalarına şamil olunmur... Amma eyni hal adi vəzifədə olana, yaxud kasıb balalarına aid deyil?" "DİA-AZ" xəbər verir ki, bu ritorik sualla çıxış edən SOCAR işçisi Teymur Ağayev olduqca ilginc faktları açıqlayıb. Qeyd edək ki, bu məlumatlar Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sosial şəbəkə hesabında paylaşılıb.
Beləliklə, Teymur Ağayev yazır: " "Azercell"də nömrə satıb göydən paraşütlə vəzifəyə təyin olunan kadrlar üzrə vitse prezident və onun müavini Aytən Fərzəliyevanın diqqətinə: SOCAR da vəzifə sahibləri əmək məcəlləsinin qanunlarını niyə pozurlar və hələ də vəzifələrində oturmaqda davam edirlər? Bu yaxınlarda vitse prezidentin müavini təyin olunan Orxan İsmayılov və Ümid Babək Operating Company-nin direktoru Elxan Bəşirov necə olur ki vəzifələrində qala-qala xaricdə tam ştatlı təhsil alırlar? Əmək məcəlləsinin qanunlarına görə işçiyə təhsil məzuniyyəti öz hesabına maksimum 6 ay verilə biləcəyi halda, bu yoldaşlar necə olur ki minimim 2 illik tam ştatlı proqramla təhsil alırlar?
Orxan İsmayilov bu yaxınlarda vəzifəyə təyin olunandan sonra Çikaqo universitetinə biznesin idarə olunması fakultəsinə qəbul olub, Elxan Bəşirov isə vəzifəyə təyin olunandan sonra həmin ixtisasda Oksford Universitetində təhsilini tamamlayıb. Xeyirli olsun, amma işin məlum olmayan tərəfi bu yoldaşların necə təhsil ala-ala vəzifələrində qalmaqlarıdır. Universitetlər belə ixtisasları bitirmək üçün kampus dərsləri keçirir və tələbələr iştirak etmək məcburiyyətindədirlər, yəni onlayn tədris sistemi yoxdur bu universiterlərin bu ixtisaslarında....
Belə ki, fəhlənin balası yaxud aşağı vəzifəli işçi xaricə təhsil almağa gedərkən əmək məcəlləsinə uyğun maksimum 6 aylıq öz hesabına məzuniyyət götürə bilir, daha sonra isə ya işdən azad olur, ya da ki təhsilini yarımçıq qoyub işini itirməmək üçün geri qayıdır. Fəhlə, kasıb balasına əmək məcəlləsi tam qayda ilə işləyir amma vəzifəyə paraşütlə təyin olunan rəhbərlər üçün əmək məcəlləsi sadəcə bir kağız parçası imiş. Maraqlıdır ki, vəzifəyə təyin olunan yoldaşlar bir növ, mən yüksək səviyyəli universitetdə təhsil almışam, innən belə mənə dəyməyin prinsipi və kreslosunu bərkitmək, qarantiləmək prinsipi ilədə yanaşır. Özləri fiziki halda xaricdə illərlə təhsil alarkən belə, vəzifələrində qalıb, yüksək əməkhaqqı almağa davam edirlər. Bu hal sadəcə yuxarıda qeyd olunan yoldaşlara deyil, SOCAR da hal hazırda rəhbər vəzifələrdə olan başqa yoldaşlarada aiddir. Yəni nümunə kimi say əslində 2-dən qat-qat çoxdur....
Bu arada, "Azercell"dən gələn, kadrlar üzrə vitse prezident xanım Ziba Mustafayeva isə, nə ixtisasca, nə təcrübədə neftçi olmadığı halda, neft və qaz hasilatı, qazma kitablarına həmmüəəlif olur, neft və qaz hasilatından kitablar, elmi əsərlər yazır, hətta patentləşmədə adı keçir. Xanım kadrlar üzrə vitse prezident Ziba Mustafayeva, hətta hasilat üzrə vitse-prezidentin müavini, finansist Babək Hüseynov belə neft və qaz mühəndisliyi üzrə hələ də təhsilini davam etdirməsinə baxmayaraq, neft və qaz hasilatı, qazma üzrə elmi əsərlər yazmağa, kitab həmmüəllifi olmağa, patent yiyəsi olmağa cürət etməmişdi. Maşallah olsun sizə, ümid və arzu edirəm sizin öz xeyrinizə o həmmüəllifi olduğunuz kitablardan, elmi əsərlərdən, patentnizdə yazılanlardan kimsə nəvaxtsa sizə bir sual verməz..."
Geri qayıt |