Əsas Səhifə > Manşet / Gündəm > "Sonra da deyirlər ziyana işləyirik... işləyərsiniz də..."
"Sonra da deyirlər ziyana işləyirik... işləyərsiniz də..."21-09-2026, 03:53 |
" "Birmarket"dən kofe dənələri sifariş etmişdim. Ünvan yerinə də “ "konum" qoyub Bakıxanov Küçəsi, filan bina (bina nömrəsi)” qeyd eləmişdim..." "DİA-AZ" xəbər verir ki, bunu öz etiraz dolu müraciətində tanınmış yazar Rauf Qərib Alagöz qeyd edib.O daha sonra bildirir: "Məhsulun punu da (103 manat) "online" kartdan ödəmişdim. Qeyd olunmuşdu ki məhsul sabah gələcək.
Sabah olanda bir qardaş zəng elədi ki, sifarişiniz üçün zəmg eləmişəm.
Öz-özümə dedim nə yaxşı e. Sözlərini tutub vaxtında çatdırırlar.
Qardaş sözünə davam elədi:
- Razinin harasında qalırsınız, hara gətirək?
Dedim “ay qardaş, nə razin? Bakıxanov küçəsi”.
Dedi “mənə belə deyiblər, qaynar xəttə zəng edin”.
Zəng etdim. Bir xanım dedi “əməkdaşlarımız səhv edib, məhsulunuz birigün gələcək”.
“Niyə bu gün yox, sabah yox,birigün” deyəndə, dedilər “qayda belədir. Məhsul mərkəzi anbara geri qayıdacaq, sabah yenidən ünvan təyin olunacaq, birigün sizə çatdırılacaq”.
Dedim “birigün istəmirəm, qaytarın pulumu”.
“Sizi şikayət xidmətinə yönləndiririk” deyib söndürdü.
Bir neçə saat sonra bir qardaş zəng etdi və problemin nə olduğunu soruşdu.
10 dəqiqə də ona izah elədim.
Dedi “edəcək bir şey yoxdu, qayda belədi”.
Dedim “yaxşı ki, Gəncə prospekti yazmamışam, Gəncəyə aparardınız, 1 həftə gözlədərdiniz ki ordan qayıtsın”.
“Üzürlü sayın” deyib söndürdü.
Yəni, öz səhvləri ucbatından mən 2 gün gözləməliyəm və məsələ “üzürlü sayın” ilə bitir. Bu qədər sadə.
Sonra deyirlər ziyana işləyirik. İşləyərsiniz də. Mən və ətrafım daha sizdən nəsə alar? Əlbəttə xeyr..."
Geri qayıt |