Əsas Səhifə > Manşet / Siyasət > "Xəstələrə nə Səhiyyə nazirliyi, nə də TƏBİB lazımdır..."

"Xəstələrə nə Səhiyyə nazirliyi, nə də TƏBİB lazımdır..."


22-09-2026, 08:08

"Deputat Səyyad Aran yenə gündəmi zəbt edəcək mənasız, ictimai faydası olmayan, heç bir problemi həll etməyən zay bir fikir ortalığa atdı: Sən demə, nazir rayonlara gedəndə onun qəbuluna düşmək olmurmuş..."DİA-AZ " xəbər verir ki, bunu tanınmış tibb işçisi Faiq Məmmədli özünün sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Axı, ay Səyyad Aran, rayonlarda Səhiyyə nazirliyinin Gigiyena Epidemiologiya mərkəzindən başqa nəyi qalıb? Əhalinin GEM -lə hansı dərdi ola bilər ki?
Bundan əvvəl də Səhiyyə nazirliyinə irad tutub deyirdin ki, dərman içlikləri çox böyükdür (???,bu kimə lazımdır??
Dərmanların keyfiyyətindən, qiymətindən, idxalından danışmağa cürətin çatmır???Deyə bilmirsən ki,ay nazir bəzi deputatlar xaricdən dərman gətirə bilir,sən niyə gətirə bilmirsən?
Bir zamanlar Almaniyaya işləməyə gedənlərə "Vətən sənə halallıq vemir" deyirdin.
Bilirsənmi, səhiyyənin əsas inkişaf və sosial rifah (yəni işçilərin, həkimlərin əməkhaqqı) göstəricisi Almaniyada və ölkəmizdə nə qədərdir? Onda digər deputat Rəşad Mahmudovdan:"Avropa ölkələrində adambaşına düşən dövlət büdcəsinin səhiyyə xərcləri 5-6 min avro, ölkəmizdə isə 400 manata qədərdir "
Əgər xalqı çox istəyirsənsə, Səhiyyə nazirindən yox (mən burada naziri müdafiə etməkdən çox uzağam), gələn ay MİLLİ MƏCLİSDƏ müzakirə olunacaq dövlət büdcəsinin.. səhiyyə xərclərinin çox aşağı səviyyədə olmasından danış!

Danışa bilərsənmi? Yox... Dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait yetərincə, heç olmasa Almaniyadan 4-5 dəfə aşağı olsa, xəstələrə nə Səhiyyə nazirliyi, nə də TƏBİB lazımdır..."


Geri qayıt