Əsas Səhifə > Manşet / Ölkə > "Nə örnək qoyduğunuzun fərqindəsiniz?"

"Nə örnək qoyduğunuzun fərqindəsiniz?"


22-09-2026, 08:38
"Üç ayın əsgəri olub Raqil. 44 günlük müharibədə bu vəziyyətə düşüb, indi belə durumu ağırdır. Düz 6 ildir. 24 yaşı var, əmək qabiliyyətini itirib..."DİA-AZ " xəbər verir ki, bu sözlərin müəllifi olan ictimai fəal Tamilla Qulami aşağıdakı fotonu paylaşaraq özünün sosial şəbəkə hesabında belə yazır:
"Əlillik haqqı, pensiyası verilmir, imtina edilib. Şəkillərə baxanda düşünürəm ki, vicdanı necə itirmək olar görəsən? Bu gənc ƏMƏK QABİLİYYƏTİNİ itirib!
Tibbi Ekspertiza Mərkəzi nəyə əsasən bu qərara gəlib görəsən?
Nə örnək qoyduğunuzun fərqindəsiniz?
Ayıbdır axı!"

Geri qayıt