Əsas Səhifə > Manşet / Gündəm > Ağsu Regional Qaz İstismar İdarəsi: Şəhriyar Ağayevin ŞƏXSİ BOSTANI
Ağsu Regional Qaz İstismar İdarəsi: Şəhriyar Ağayevin ŞƏXSİ BOSTANI23-09-2026, 05:02 |
|
Məqalədə deyilir: Şəhriyar Ağayevin əvvəlki əlaqələri ilə bağlı iddialarŞəhriyar Ağayev uzun illər əvvəl İsmayıllı rayonunda yüksək vəzifədə çalışmış, hazırda sabiq polkovnik kimi tanınan bir şəxslə yaxın münasibətlərdə olub. Bundan başqa, onun “Azəriqaz” İB-nin əvvəlki baş direktoru Ruslan Əliyevlə də yaxın münasibətləri olub. Şəhriyar Ağayev Ağsu Regional Qaz İstismar İdarəsində çalışdığı dövrdə müəyyən vaxtlarda adı işdə ola-ola Ruslan Əliyevin Şamaxı rayonunun Çuxuryurd kəndində tikdirdiyi evdə tikinti işlərinə nəzarət edib. Generator yanacağı ilə bağlı suallarƏsas məsələ isə regionun daxili ehtiyacları üçün nəzərdə tutulduğu bildirilən generator yanacağı ilə bağlıdır. Generator üçün ayrılmış dizel yanacağı müəyyən dövrlərdə “Azpetrol” yanacaqdoldurma məntəqələrindən kanistrlərə doldurularaq SOCAR-a məxsus avtomobillə Çuxuryurd kəndində yerləşən və Ruslan Əliyevə aid olduğu bildirilən evdəki generatora aparılıb. Bu iddianın araşdırılması üçün həmin dövrdə:
müqayisəli şəkildə yoxlanılması mümkün suallara aydınlıq gətirə bilər. Qeyri-yaşayış obyektlərinin qazlaşdırılması ilə bağlı iddialarŞəhriyar Ağayevin öz tabeçiliyində olan və rayonlarda rəhbər vəzifələrdə çalışan bəzi şəxslərlə birlikdə qeyri-yaşayış obyektlərinin qazlaşdırılması prosesinə qanunsuz müdaxilə etdiyi də məlumdur. Bəzi qeyri-yaşayış obyektlərinin qazlaşdırılması ilə bağlı Şəhriyar Ağayevin adına verilmiş etibarnamələr əsasında “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciətlər edilib. İşçilərin imtahanları ilə bağlı narazılıqlarİşçilər arasında yayılan məlumatlara əsasən, bəzi şəxslərdən imtahandan keçmək müqabilində “şirinlik” adı altında pul və ya digər maddi maraq tələb edildiyi iddia olunur. Bu proseslərin “Azəriqaz”ın mərkəzi SƏTƏM strukturlarının məlumatı və nəzarəti xaricində həyata keçirildiyi deyilir. İddialarda Şəhriyar Ağayevin öz çevrəsində müəyyən ifadələr işlətməsi və yoxlamaya gələn şəxslərlə bağlı şəxsi imkanlarından istifadə etməsi barədə də məlumatlar yer alır. Məsələnin xüsusilə əhəmiyyətli tərəfi ondan ibarətdir ki, qaz təsərrüfatında çalışan işçilərin peşə hazırlığının obyektiv qiymətləndirilməsi birbaşa təhlükəsizlik məsələsidir. Buna görə də imtahan protokollarının, komissiya tərkibinin, iştirakçı siyahılarının, qiymətləndirmə meyarlarının və nəticələrin araşdırılması mühüm görünür. Cülyan kəndindəki A-frame evləri ilə bağlı suallarŞəhriyar Ağayevin İsmayıllı rayonunun Cülyan kəndində turistlərin istirahəti üçün nəzərdə tutulduğu bildirilən bir neçə A-frame tipli evlə əlaqəsinin olduğu da məlumdur. Bu obyektlərin onun və ya onunla əlaqəli şəxslərin mülkiyyətində və ya istifadəsində olub-olmaması, habelə onların əldə edilmə və maliyyələşmə mənbələri barədə məlumatların araşdırılması mümkün maraq toqquşması məsələlərinə aydınlıq gətirə bilər. Bu evlərin hansı pulla tikildiyini müəyyən etmək çətin deyil. Həm də hüquq mühafizə orqanları üçün.. Qaz xətlərinin mühafizə zolaqları ilə bağlı yeni iddialarŞəhriyar Ağayev İsmayıllı, Ucar və Kürdəmir rayonlarında qaz xətlərinin mühafizə zolaqları ilə bağlı qeyri-rəsmi ödənişlərin yığılması prosesinə də nəzarət edir. Mühafizə zolağında yerləşən qeyri-yaşayış obyektlərindən aylıq xərac alınır. Bu iddiaların təsdiqi üçün konkret müraciətlərin, obyektlərin sənədlərinin, ödənişlərin, yazışmaların və digər sübutların araşdırılması zəruri görünür. Kimlərlə əlaqələrə güvənildiyi iddia olunur?Məlumatlarda sözügedən fəaliyyətlərin əvvəlki dövrdə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyevlə münasibətlərə, hazırkı dövrdə isə SOCAR-ın SƏTƏMM strukturunda rəhbər vəzifədə çalışan Nərman adlı şəxslə qohumluq əlaqələrinə güvənməklə həyata keçirildiyi barədə də iddialar səsləndirilir. Həmçinin Şəhriyar Ağayevin öz ətrafında “mənə heç kim heç nə edə bilməz” və “hamı bilir ki, mən kimin adamıyam” məzmununda ifadələr işlətdiyi bildirilir. Araşdırılmalı əsas suallarYuxarıda qeyd olunan məlumatların fonunda aşağıdakı məsələlərin aidiyyəti qurumlar tərəfindən araşdırılması məqsədəuyğun görünür:
Suallr açıqdır. Qarşı tərəf cavab verməzsə, nəhayətdə bu suallar hüquq mühafizə orqanları üçün də maraq kəsb edə bilər... Geri qayıt |