Əsas Səhifə > Manşet / Ölkə > Yüzlərlə neftçi ailəsi Asif Zeynalova MÜRACİƏT ÜNVANLADI
Yüzlərlə neftçi ailəsi Asif Zeynalova MÜRACİƏT ÜNVANLADI23-09-2026, 11:09 |
|
"GL group" şirkətinin prezidenti cənab Asif Zeynalova Salyan Oil şirkətinin işçiləri adından müraciət ünvanlanıb. "DİA-AZ" xəbər verir ki, sözügedən müraciəti Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı ictimailəşdirib.
NHMT sədri özünün sosial şəbəkə hesabında bu paylaşımla çıxış edib. Beləliklə, neftçilər yazır:
"Biz 20 nəfər şəhid ailəsi, 60 nəfər veteran və ümumiyyətlə, 480 nəfər işçi adından Sizdən xahiş edirik ki, bizim əmək haqqının artırılmasına baxılsın.
Bildiririk ki, 2020-ci ildən bəri maaşlarımızda heç bir ciddi artım olmayıb. 2020-ci ildən əvvəl, xüsusilə 2018-ci ilə qədər biz daha yüksək əməkhaqqı alırdıq.
Hazırda hər şey bahalaşıb, bahalıq səbəbindən dolana bilmirik, xərclərimizi çatdıra bilmirik.
Ümidvarıq ki, xahişimiz diqqətsiz qalmayacaq..."
"DİA-AZ" xatırladır kİ, "GL Group" hazırda Azərbaycanda Salyan rayonundakı "Kürsəngi" və "Qarabağlı" və Abşeron yarımadasındakı "Buzovna-Maştağa", "Qala" və "Zirə" olmaqla beş neft yatağında əməliyyatlar aparır.
Quruma isə Asif Zeynalov rəhbərlik edir.
Geri qayıt |