Əsas Səhifə > Manşet / Siyasət > Həmdullayevi KİM HİMAYƏ EDİR Kİ...
Həmdullayevi KİM HİMAYƏ EDİR Kİ...24-09-2026, 06:34 |
|
Qısa müddətdə 30 şagirdi olan kiçik bir kənd məktəbindən 30 min şagird və 3 mindən çox pedaqoji kontingentin olduğu böyük sektor müdirliyinə gedən sehrli “uğur” yolu… Hələ bu müddətdə heç bir təhsil uğuru və muvəffəqiyyəti olmayan birinin bu “uğur” yolunu ya uğur mələkləri, ya da elə Ələddinin lampasındakı cin açmış olsun gərək.
Onun bu sıçrayışını yoxdan var kimi təmin edən əsas gücün və hikmətin isə Azərbaycan Respublikası Energetika Nazirliyinin şöbə müdiri olan Anar Mürsəliyev adlı yüksək vəzifəli şəxsin olduğu iddia edilir. Nazirliyin həmin məsul şəxsi ilə yaxın qohumluq əlaqəsinin olması Mövsüm Həmdullayevin təhsildəki əsas yüksəliş “uğuru”nun səbəbi-hikməti olduğu bildirilir. Məhz sözügedən Anar Mürsəliyevin Elm və Təhsil Nazirliyinin məsul vəzifəli şəxsləri ilə olan dostluq və işgüzarlıq əlaqələri (Bu haqda növbəti yazıda daha təfərrüatlı bəhs ediləcək) Mövsüm Həmdullayevi qısa müddətdə bir dəstə şagirdi olan kiçik bir kənd məktəbindən böyük kontingenti olan Xaçmaz sektoruna qədər ucaldıb.
Heç bir idarəetmə və inzibatçılıq təcrübəsi olmayan, direktor kimi çalışdığı müddətdə heç bir uğura imza atmayan, sayılıb-seçilməyən Mövsüm Həmdullayevin 200 minə yaxın əhalisi, 30 mindən çox şagird kontingenti olan bir təhsil sektoruna rəhbər təyin edilməsinin hansı nəticələrə gətirib çıxaracağını isə yəqin ki, elə Ələddinin lampasındakı cin bilir. 7times.az Geri qayıt |