Əsas Səhifə > Manşet / Ölkə > Qaşqaldaq ovçularına NİYƏ NƏZARƏT EDƏN YOXDUR...

Qaşqaldaq ovçularına NİYƏ NƏZARƏT EDƏN YOXDUR...


24-09-2026, 08:00
"Azərbaycanda rəsmi olaraq ov mövsümü açıq elan edilməyib. Ov mövsümü açılsa belə, ovçuya limitsiz ov etmək hüququ verilmir, müəyyən növlər üzrə adambaşı kvotalar tətbiq olunur. Məsələn, qaşqaldaq üçün limit əsasən 4–6 fərd civarındadır..." Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Bütün bunlara baxmayaraq, TikTok-da canlı yayımlarda açıq-aşkar “ov bazarı” qurulub. Quşlar ovlanır, satılır, sifarişlər qəbul edilir, sanki söhbət vəhşi təbiətdən yox, bazardakı adi məhsuldan gedir.
Təbii ki, burada tələb də mühüm rol oynayır. Tələb varsa, onu təmin etmək üçün qanunsuz təklif də yaranır.
Amma məsələ təkcə “qanunsuz ov edənlərin” məsuliyyəti ilə bitmir. Bu fəaliyyətlər açıq şəkildə, sosial media üzərindən yayımlanırsa, nəzarət və hüquq-mühafizə mexanizmlərinin işləməsi də vacibdir.
Əks halda biri “başqa dolanışığım yoxdur” deyəcək, digəri “alan var” deyəcək, nəticədə isə təbiətdə bunun əvəzini quşlar ödəyəcək..."

Geri qayıt