Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > Naxçıvanda əhaliyə verilməli olan içməli su MƏMURLARIN BAĞLARINA AXIDILIR
Naxçıvanda əhaliyə verilməli olan içməli su MƏMURLARIN BAĞLARINA AXIDILIR24-09-2026, 10:34 |
|
Naxçıvan şəhərinin Qoçüstü məhəlləsindəki çoxmərtəbəli binaların sakinləri dörd aydır ciddi su problemi yaşadıqlarını deyirlər. Buna səbəb isə evlərə veriləcək suyun məmurların bağ sahələrinə yönləndirilməsidir.
Onların sözlərinə görə, su yalnız gecə saatlarında və zəif təzyiqlə verilir, səhər saat 8-də isə yenidən kəsildiyindən beşinci mərtəbədən yuxarıdakı mənzillər gün ərzində susuz qalır.
Doqquzuncu mərtəbədə yaşayan sakinlərdən biri vəziyyətin dözülməz həddə çatdığını deyir:
“1-ci binada yaşayırıq. Əlimizdə qablarla doqquzuncu mərtəbəyə su daşıyırıq. Artıq səbir kasamız daşıb, vallah, belə yaşaya bilmirik. Dörd aydır gün ərzində susuz qalırıq. Su yalnız gecə saat 11–12-dən səhər saat 8-dək verilir, o da çox zəif təzyiqlə gəlir. Saat 8 tamam olan kimi su dayanır. Təzyiq o qədər zəifdir ki, nə şofbeni işlətmək, nə də normal şəkildə sudan istifadə etmək mümkündür. Beşinci mərtəbədən yuxarı su qalxmır. Su çəni qoymağa da icazə vermirlər. Hər ay su pulunu ödəyirəm, amma nəyə pul ödədiyimi bilmirəm. Susuz nə edək, necə yaşayaq?”
Digər sakin isı bildirir ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, problem yalnız müvəqqəti həll olunur:
“Şikayətimizdən sonra yoxlamağa adam göndəriləndə suyun təzyiqini artırırlar, həmin gün su gəlir. Səhər saat 8-də isə yenidən kəsirlər və hər şey əvvəlki vəziyyətinə qayıdır. Hara müraciət ediriksə, ‘hara istəyirsiniz, gedin’ deyirlər. Detirlər ki, müqavilə bağlanılıb, su bağlara pulla satılır. Axı, binalara gəlməli olan su niyə satılmalıdır. niyə insanların əziyyəti üzərindən pul qazanırlar.
Zənglərimizə də cavab vermirlər. Bizə deyirlər ki, guya başqa mənzillərdə su var. Halbuki yuxarı mərtəbələrin hamısında eyni problem yaşanır. Heç olmasa bir nəfər göndərib bütün mənzilləri yoxlasınlar, vəziyyəti öz gözləri ilə görsünlər”.
"Gündəlik Naxçıvan"
Geri qayıt |