Əsas Səhifə > Manşet / Gündəm > AzəriQaz-ı Xəqani Bəşirli BELƏ İDARƏ EDİR...
AzəriQaz-ı Xəqani Bəşirli BELƏ İDARƏ EDİR...25-09-2026, 00:42 |
|
Məlumatı verən mənbə bildirir: "Baxın, Ağsu RQİİ-də Kommersiya şöbəsinin 10-cu dərəcəli mühəndisi Eltun Namazovun Göyçaya 13-cü dərəcəli sayğac əməliyyatları xidmətinə rəis keçirilməsi ilə bağlı Ağsu RQİİ rəisi Səbuhi Qasımovun məktubuna Xaqani Bəşirlinin verdiyi cavablara... Sənədlərdən də göründüyü kimi Bəşirli bu yerdəyişmə təyinatına imtina cavabı verir. Ancaq cəmi 1 həftə sonra həmin işçi həmin vəzifəyə təyin edilir. Yəni artıq pul bunların gözünü o qədər örtüb ki, əvvəllər olduğu kimi səliqəli, ehtiyatlı iş görmürlər. İz buraxa-buraxa kobud şəkildə davam edirlər. "Azəriqaz"ın bütün regional və Bakı idarələri bu gündədir. Ən yaxşı halda kimisə vəzifəyə təyin etmək üçün müsahibə tamaşası qurulur, əvvəldən suallar ötürülür və "müsahibə" tamaşası əzbərlədilmiş cavabın kamera qarşısında səsləndirilməsi ilə başa çatır. Təbii ki hər vəzifənin də öz qiyməti var. Bir sözlə, Azər Məmmədov boş fiqurdur. Təşkilatı Xaqani Bəşirli öz obyekti kimi işlədir.." Geri qayıt |