Əsas Səhifə > Manşet / Siyasət > AzəriQaz-da 10 il əvvəl baş vermiş ŞOK CİNAYƏT...

AzəriQaz-da 10 il əvvəl baş vermiş ŞOK CİNAYƏT...


25-09-2026, 09:53

Redaksiyamıza 2016-cı ildə SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismar İdarəsində baş vermiş böyük bir cinayət hadisəsi ilə bağlı iddiaların yer aldığı məlumat daxil olub. "DİA-AZ" olaraq həmin iddianın yer aldığı məlumatı təqdim etməklə yanaşı ümid edirik ki, əlaqədar qurum və şəxslər baş verənlərə hüquqi qiymətin verilməsi üçün əllərindən gələni edəcəklər. Halbuki bu günə qədər hamı hər şeyi bilsə də, ortada real hüquqi akt mövcud deyil.

Beləliklə SOCAR-dakı mənbə "DİA-AZ"a bildirir: "10 il əvvəl Ağsu Regional Qaz İstismar idarəsinin iki rəhbər şəxsi - Ağsu xidmət sahəsinin rəisi Mirzəliyev Elsevər və sayğaclar şöbəsinin müdiri Həsən Həsənov əlbir olaraq köhnə abonent kodlarının yeni qazlaşdırılmış ərazilərdə yaşayan sakinlərə paylayaraq 113 abonentə külli miqdarda borcun yazılması ilə vətəndaşlara ziyan vurmuşlar.

Doğrudur, sonradan bu işin üstü açılır və ötəri cəzalarla işi ört-basdır edə bilirlər. Belə ki, mirzəliyev Elsevər işdən qovulur, Həsən Həsənov isə yalnız töhmət alır. Halbuki hər ikisi barəsində cinayət işi açılmalı idi. Lakin o dənəmdə regional idarəsinin rəisi Namiq müəllimlə qohum olması səbəbindən Həsən Həsənov işdən çıxarılmır, sərt cəzalar olmur. Mirzəliyev Elsevər işə 3 ildən sonra idarəyə işə qaytarılır.

Hazırda Mirzəliyev Elsevər regional idarədə kommersiya şöbəsində böyük mühəndis vəzifəsində çalışır. Həsən Həsənov isə satışın rəisi postunu tutur.

Göründüyü kimi cəzalar ötəri olub".

Qeyd edək ki, bu faktla bağlı SOCAR rəhbərliyinə müraciət olunsa da, rəhbərlik baş verənlərə ötəri yanaşıb və belə bir cavabla yetinib: "Namiq işdən çıxarılıb... Kimsə maraqlıdırsa, digərləri ilə bağlı polisəı müraciət edə bilər..."

Bu isə artıq baş vermiş cinayətin himayə olunması anlamına da gəlir.

Məsələ diqqətimizdədir... Bizi izləməyə davam edin...



Geri qayıt