Əsas Səhifə > Manşet / Cəmiyyət > Azər müəllimin buralardan XƏBƏRİ VARMI?
Azər müəllimin buralardan XƏBƏRİ VARMI?25-09-2026, 12:02 |
|
"Ümumiyyətlə, Ağsu Regional Qaz İstismar İdarəsi və bütövlükdə “Azəriqaz”da baş verən bəzi hadisələr kənardan baxanda adamı təəccübləndirməyə bilməz. Götürək elə Ağsu xidmət sahəsini... Burada keçmiş müavin Xəyyam Allahverdiyevin təsir dairəsinin və “hegemonluğunun” hələ də davam etdiyi barədə ciddi suallar yaranır..." "DİA-AZ" xəbər verir ki, bunu Ramin Hacıyev adlı sosial şəbəkə istifadəçisi öz müraciətində qeyd edir.
O, müraciətini daha sonra belə davam etdirir: "Maraqlıdır, hazırda müavinlər özlərinə normal otaq tapıb otura bilmədikləri halda, keçmiş müavin Xəyyam Allahverdiyev artıq həmin vəzifədə çalışmamasına baxmayaraq, əvvəlki müavin otaqlarından birində rahat şəkildə təkbaşına oturur.
Söhbət hansısa adi mühəndisdən də getmir. Hazırda Xəyyam Allahverdiyev Kommersiya şöbəsinin 13-cü dərəcəli mühəndisidir. Bəs onda sual yaranır: keçmiş müavin hansı əsasla müavin otağını öz istifadəsində saxlayır? Bu otağın ona ayrılması barədə rəhbərliyin müvafiq qərarı varmı?
Daha maraqlısı isə budur ki, idarədə bu məsələyə rəhbərlik səviyyəsində etiraz edən və ya “bu otaq niyə məhz sizindir?” sualını verən görünmür. Belə təsəvvür yaranır ki, vəzifə dəyişib, amma əvvəlki statusdan qalan bəzi imkanlar dəyişməyib.
Əgər bu məlumatlar həqiqəti əks etdirirsə, burada söhbət artıq bir otaqdan getmir. Məsələ idarə daxilində vəzifə, səlahiyyət və inzibati imkanların kimlər üçün necə tətbiq olunması məsələsinə çevrilir. Əsas sual isə çox sadədir: rəhbər vəzifədə olmayan bir əməkdaşın keçmiş vəzifəsinə aid otağı hansı əsasla qorunub saxlanılır və rəhbərlik niyə buna münasibət bildirmir?.."
Geri qayıt |