Əsas Səhifə > Manşet / Hadisə > "Demək olar ki, sürünürük bu 6 ildə..."
"Demək olar ki, sürünürük bu 6 ildə..."28-09-2026, 11:34 |
|
Bəli yenə də neftçi gileylərini təqdim edirik... Beləliklə... *** Allahverdi Kərimli adlı SOCAR işçisi yazır:
"Bəli 6 ildir maaş qalxmır əlavə olaraq 300 manat... Maaşımızdan cörək pulun kəsdilər 2025 ci ilin dekabır ayından dedilər ki yeməyi gəminin "karpitindən" yeyin.
Həmin 300 manat bizə güclü ziyan vurdu... Demək olar ki, sürünürük bu 6 ildə... 1 manat 40 qəpiyə aldığım duru yağ 7 manat 30 qəpik olub, amma maaş armaqdansa, azalır... Hamının borcu-xərci var... krediti, xəstəsi və ailəsi var... Nə fikirləşirlər? Başa düşmək olmur... Hər ay işə gələndə 100 manat borc edib işə gəlirəm... 400 km yol gəlirəm..."
***
Xan Azrak Rəhimov adlı SOCAR işçisi yazır:
"Bəli... ancaq şirkətdə ofisdə işləyənlərin maaşları qalxır. Özləri öz pullarını qaldırır... Fəhlə qara gündədir..."
***
Amil Quliyev adlı SOCAR işçisi yazır:
"Natiq müəllimə (mərhum Natiq Əliyev nəzərdə tutulur -red.) niyə rəhmət oxumurlar, bəs...
Onun vaxtında neftçilər qayğı və diqqət görüblər..."
***
Məsələ diqqətimizdədir...
Geri qayıt |