Əsas Səhifə > Manşet / Ölkə > Başdan-başa fırıldaqla məşğuldurlar...
Başdan-başa fırıldaqla məşğuldurlar...1-10-2026, 07:20 |
"Şikayətim "Leobank"dandır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Orxan Şəfizadə adlı istifadəçi yazaraq gileylənir.Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Deməli, "Leobank" "hissə-hissə ödəniş" bölməsində qeyd edib ki, istənilən kartdan karta, və ya ödənişi parçalaya bilərsiniz. Mən də bu sözə güvənib ilk olaraq m10 ilə ödəniş etdim. 80 manat komissiya tutdu 4000 manat məbləğ üçün. Bu əməliyyatı bölə bilmədim. Zəng elədim "Leobank"a cürbəcür bəhanə gətirib dedilər ki olmur parçalmaq.. kartdan karta əməliyat edəndə bölə bilərsiniz. Sonra həmin məbləği geri qaytardım balansa və həmin bölmədə yazdığı kimi kartdan karta köçürmə elədim ki parçlaya bilim. Kredit balansı olduğu üçün də bir daha 80 manat komissiya tutdu və yenə də parçala xidməti aktiv olmadı. Operator da boş-boş danışır. "Leobank"ın tətbiq səhvinə görə mənim hüquqlarım pozulub və 160 manat maddi ziyan dəyib.
Mənə dəymiş zərərin geri qaytarılmasını tələb edirəm..."
Geri qayıt |