Əsas Səhifə > Manşet / Siyasət > Fırıldaqçılar bu bankın mobil tətbiqini ƏLƏ KEÇİRİB?
Fırıldaqçılar bu bankın mobil tətbiqini ƏLƏ KEÇİRİB?2-10-2026, 07:36 |
" "Unibank"ın mobil tətbiqi fırıldaqçılar tərəfindən ələ keçirilib!.." "DİA-AZ" xəbər verir ki, bu iddianı Şaiq Qafarlı adlı sosial şəbəkə istifadəçisi öz postunda səsləndirib.Narazı vətəndaş bildirir: "Mobil tətbiqin ƏDV hissəsindən öz debet kartına pul köçürərkən sənə gələn sms fırıldaqçılar tərəfindən göndərilir. Bu necə bir biabırçılıqdır?!
85 manat M10a köçürmə edilib mənim kartımdan. Mənə fırıldaqçı tərəfindən göndərildiyi deyilən SMS mənə "Unibank"ın öz mobil tətbiqindən göndərilib. "Unibank" dərhal buna bir açıqlama verməlidir!
"Unibank" müştərilərindən başına belə iş gələn var?.."
Geri qayıt |