Əsas Səhifə > Manşet / Siyasət > Ev yiyəsi bir yana... qonşuya da külli miqdarda ziyan vurdular...

Ev yiyəsi bir yana... qonşuya da külli miqdarda ziyan vurdular...


3-10-2026, 10:39

" "İrşad Electronics" mağazalar şəbəkəsindən şikayətim var!" "DİA-AZ" xəbər verir ki, bu barədə Ayaz İskəndərov adlı istifadəçi özünün sosial şəbəkə hesabındakı paylaşımında gileylənir.
Narazı vətəndaş başına gələnləri belə nəql edir: "30.08.2025-ci il tarixində İrşad mağazalar şəbəkəsindən "Beko WSRE 6512 PRW" markalı paltaryuyan almışam. Bir müddət sonra təxminən 2026-cı ilin avqust ayında platada problem yarandığından "İrşad Electromics"ə müraciət elədim. Oradan mənə bildirildi ki, bununla bağlı "Beko servis"ə müraciət etməliyəm. Mən də "Beko servis"ə müraciət elədim. Müraciətim əsasında "İrşad Electromics" və "Beko" birlikdə paltaryuyanı servisə apardılar. Bir müddət sonra servisdən paltaryuyan gətirildi və mənzilə təhvil verildi və bildirildi ki, "İrşad Electromics"dən əməkdaş gəlib paltaryuyanı quraşdıracaq. 19.09.2026-ci il tarixində (055)579-43-xx mobil nömrəsindən zəng gəldi və özünü "İrşad Electromics"in əməkdaşı olaraq təqdim elədi. Həmin gün əməkdaş mənzildə oldu və paltaryuyanı quraşdırdı. Paltaryuyan işliyəndən sonra alt qonşu bizə gəldi və bildirdiki evimi su aparıb. Biz paltaryuyanın arxasına baxan zaman məlum oldu ki, "İrşad Electromics"in əməkdaşı paltaryuyanı düzgün qoşmuyub nəticədə qonşuya külli miqdarda ziyan dəyib. Hal hazırda qonşu dəymiş ziyanı məndən tələb edir. "İrşad Electromics"in özünü “usta” adlandıran əməkdaşı elədiyi səhvi boynundan atmağa çalışır..."

Geri qayıt