Əsas Səhifə > Manşet / Gündəm > ŞOK: AzəriQaz-dan qovulan işçi "Ginnesin rekordlar" kitabına düşdü

ŞOK: AzəriQaz-dan qovulan işçi "Ginnesin rekordlar" kitabına düşdü


4-10-2026, 11:00

"Bu da oldu..." "DİA-AZ" xəbər verir ki, bu sözlərin müəllifi SOCAR Azəriqaz İstehsalat Birliyinin işçisi olmuş Əhməd Rəhmanov iddia edir ki, artıq onun adı hətta "Ginnesin rekordlar" kitabına salınıb.

Narazı vətəndaş başına gələnləri belə nəql edir: "2025-ci ilin oktyabr ayında 1996-cı ildən bəri işlədiyim "Azəriqaz " İB-dən 4-cü dəfə ixtisar adı ilə işdən çıxarılmışdım. Son 11 ildə 4 -cü dəfə... 3 dəfə məhkəməni udub, Məcburi iş buraxmanın pulunu alaraq qayıtmışdım. Sonuncu dəfə işi məhkəməyə verib birinci instansiyada qalib gələndə "Ginnesin rekordlar" kitabının rəsmi səhifəsi müraciət etdim ki, "Bir iş yerindən 11 il ərzində 4 dəfə çıxarıldıqdan sonra məhkəmə ilə qayıdan məndən başqa kimsə olmayıbsa, qeydə alın." Cavab verdilər ki, Son məhkəmə qərarını al, İngilis dilinə çevir göndər. 
Bu gün isə Ali Məhkəmənin mənim xeyrimə qərar verməsi haqqında qərar portala yerləşdirilib... 
Odur ki, Əmək Hüquqları ilə bağlı Ginneslər kitabında bəndənizin adını görsəniz , təəccüblənməyin..."


Geri qayıt