Əsas Səhifə > Manşet / Sosial > Bunun adı sadəcə OĞURLUQDUR!

Bunun adı sadəcə OĞURLUQDUR!


5-10-2026, 09:33

"Şikayətim "Kapital Bank"dandır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Məmmədov Nicat adlı istifadəçi yazaraq gileylənir.

Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "26.09.2026 tarixdə ikinci əl telefon dükanında pulu (1430 azn) birbank hesabımdan digər şəxsin M10 hesabına göndərdiyim zaman problem yaşandı. Məbləğ məndən çıxıldığı halda, qarşı tərəfə köçürülmədi. 196- ilə əlaqə saxladım. Məbləğin məndən uğurla çıxıldığını, qarşı tərəfin M10 hesabına köçürülməməsinin probleminin onlara aid olmadığını bildirdilər. M10 ilə əlaqə saxladıq. M10 tərəfindən bildirildi ki, limiti keçdiyi üçün məbləğ hesaba oturmayıb və iş günləri ərzində məbləğ yenidən göndərən tərəfə qayıdacaq. O cür də oldu. 30.09.2026 tarixdə məbləğ yenidən kartıma qayıtdı. 02.10.2026 tarixdə həmin məbləğ yenidən kartımdan çıxılıb. Kapital bank ilə əlaqə zamanı, yenidən sorğu yaradacaqlarına və bunun 3 iş günü çəkəcəyini bildirdilər. Mən sizə etibar edib nağd pulumu sizin debit kartda saxlayıram. M10 öz qaydalarına uyğun pulu göndərib mənə və belə olacağını M10 operatoru əvvəldən dediyi üçün mən qarşı tərəfdən heç bir məhsul əldə etməmişəm. Siz mənim icazəm və xəbərim olmadan, niyə 2 gün sonra məbləğı həmin adama köçürürsünüz? Həmin insanla əlaqə saxlayıram, deyir ki mənim hesabım bloklanıb. İndi necə edək? Mən sizin üçün 3, mənim üçün 6 gün (5-6-bazar) və + 3 gün hansı pul ilə yaşamalıyam. Məndən icazəsiz... xəbərsiz şəkildə niyə M10-un mənə qaytardığı pulu yenidən başqa hesaba göndərirsiniz və bunun əziyyətini mən çəkməliyəm?"


Geri qayıt