|
Sabunçu rayonu ərazisində qanunsuz tikinti işlərinin aparılması və icra hakimiyyətinin bu hallara göz yumması ilə bağlı narazılıqlar səngimək bilmir.
Daxil olan son məlumatlara və yayımlanan görüntülərə görə, növbəti belə qanunsuz tikinti faktı Pirşağı qəsəbəsində qeydə alınıb. Təqdim olunan kadrlar Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsi, 70 ünvanında yerləşən obyektin üzərində qanunsuz olaraq iri örtük (naves) konstruksiyasının quraşdırıldığını aydın göstərir.
Videonu izləmək üçün toxunun: https://www.tiktok.com/@mediatv.az/video/7692094611988204821?is_from_webapp=1&sender_device=pc
Qəsəbə sakinlərinin və ictimaiyyətin haqlı sualı isə budur: Şəhərsalma və tikinti normativlərinə cavab verməyən, müvafiq icazə sənədləri olmadan aparılan bu tikinti işlərinə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev nə üçün göz yumur?
İddialara görə, Sabunçu rayonunda tikinti və sahibkarlıq fəaliyyətinə dövlət nəzarəti mexanizmindən daha çox şəxsi maraqlar prizmasından yanaşılır və icra başçısı Adil Vəliyev rayona dövlət qurumu kimi deyil, bir “şirkət” kimi baxır.
Qanunsuz tikintilərə şərait yaradılması və ya onlara göz yumulması sakinlərin narazılığına, rayonun ümumi arxitektura və şəhərsalma görünüşünün pozulmasına gətirib çıxarır.
Mediatvaz.com
Geri qayıt
|