Əsas Səhifə > Manşet / Siyasət > "4-5 min manata məhsul satan ‘adam’ 10 qəpik davası güdməməlidir..."

"4-5 min manata məhsul satan ‘adam’ 10 qəpik davası güdməməlidir..."


7-10-2026, 09:42

Əmlak eksperti Ramil Osmanlı “Kontakt Home” mağazalar şəbəkəsinin müştəri xidməti ilə bağlı narazılığını ictimailəşdirib.

Tribuna.az xəbər verir ki, Ramil Osmanlı sosial şəbəkədə etdiyi paylaşımda mağazadan 4-5 min manatlıq məhsul alan müştəridən 10 qəpik üçün tələb irəli sürülməsini tənqid edib.

“”Kontakt Home”, adamlara imkan verin düz-əməlli sevinsinlər. 4-5 min manata məhsul satan ‘adam’ 10 qəpik davası güdməməlidir. Müştəriyə hörmət etmirsiniz, adınıza (brendinizə-brend demək olarsa) da etmirsiz bildik, heç olmasa müştəri xidmətində oturan əməkdaşlarınıza hörmət edin”, – deyə ekspert bildirib.

Osmanlı qeyd edib ki, söhbət supermarketdə şəkər tozu, təndir çörəyi və ya konfet satışından getmir və belə məbləğlərdə alış-veriş edən müştəri ilə 10 qəpiyə görə qarşıdurma yaranmasını düzgün hesab etmir.

“Əməkdaşınızı niyə 10 qəpiyə görə müştəri ilə üzbəüz qoyursunuz?” – deyə o sual edib.


Geri qayıt