Əsas Səhifə > Manşet / Sosial > "Çox məsuliyyətsiz və keyfiyyətsiz bir şirkətdir!"

"Çox məsuliyyətsiz və keyfiyyətsiz bir şirkətdir!"


8-10-2026, 09:31

"Biz keçən il may ayında "Embawood"dan divan almışıq. Və..." "DİA-AZ" xəbər verir ki, bu barədə özünün sosial şəbəkə hesabında Elmira Salahova-Musayeva adlı istifadəçi gileylənir.
Narazı vətəndaş dhaa sonra başına gələnləri belə nəql edir: "5 ay işlətdikdən sonra divan xarab oldu. Necə müddət zəng etməyimizə baxmayaraq gəlib təmir etmirdilər.
Axırı "Antihisar"a zəng etdik... onların təzyiqindən sonra gəlib təmirə apardılar.
İndi isə artıq 1 aydan coxdur ki geri gətirmirlər. Zəng edirik açmırlar....
Çox məsuliyyətsiz və keyfiyyətsiz bir şirkətdir! Ayıb olsun..."

Geri qayıt