Əsas Səhifə > Manşet / Gündəm > 1000 manatlıq yeməkdən qoxu gəlir, təmirsiz məktəb, qaytarılmayan pullar...
1000 manatlıq yeməkdən qoxu gəlir, təmirsiz məktəb, qaytarılmayan pullar...Bu gün, 06:11 |
|
Özəl təhsil ocağı kimi yüksək qiymətlərlə ad çıxaran "Landau School"un Nərimanov rayonunda yerləşən "City Garden" korpusunda ciddi problemlər baş qaldırıb. 32gun.az-ın əldə etdiyi məlumata görə, jurnalist İlkin Muradova müraciət edən valideynlərdən məktəb rəhbərliyinin məsuliyyətsizliyindən və təqdim olunan bərbat xidmətdən şikayətlənirlər. Valideynlərin bildirdiyinə görə, təhsil ocağı "yeni korpus tikirik" bəhanəsi ilə təhsil haqqını qaldırıb, üstəlik dərs ili müddətində yemək üçün əlavə 1.000 AZN ödəniş tələb edib. Lakin vədlərə baxmayaraq, məktəbin təmiri vaxtında bitirilməyib, dərs ili gecikdirilərək sentyabrın 28-də başlayıb və gecikən 2 həftənin ödənişi valideynlərə qaytarılmayıb. Bundan əlavə, hazır olmayan idman zalı və aşağı keyfiyyətli, qoxu gələn yeməklər uşaqların ac qalmasına səbəb olur.Sözügedən problemlərlə bağlı direktor verdiyi vədləri inkar edərək məktəbə baxış keçirməyə belə şərait yaratmır, narazı qalan valideynlərə isə ödənilən vəsaitlər geri qaytarılmır. Yüksək məbləğlər müqabilində biabırçı şərait təklif edən məktəb rəhbərliyinin şikayətlərə qarşı nümayiş etdirdiyi laqeydlik isə "Landau School"un fəaliyyətindəki idarəetmə kəsirlərini bir daha gözlər önünə sərir. Qeyd edək ki, "LANDAU School" təhsil kompleksinin baş icraçı direktoru Rəşad Tağıyev, baş akademik direktoru və təsisçisi isə Emil Leznikdir. Məktəbin Müşahidə Şurasının üzvləri sırasına isə Emil Leznik, Rahul D'Mello və Timur Leznik daxildir. Xatırladaq ki, 2021-ci ildə “Landau School” özəl məktəbinin "Bayıl" korpusunun həyətində valideynlərdən biri ilə məktəbin təhlükəsizlik əməkdaşı arasında dava baş verib. Yaşanan mübahisə tərəflər arasında fiziki qarşıdurmaya səbəb olub. Məktəbin qanuni təmsilçisi Timur Leznik, təhsil üzrə direktoru isə Yefim Leznikdir. Həmtəsisçilərdən biri olan Emil Leznik isə qardaşı Timur Lezniklə birgə “Leznik and Company” MMC-nin də təsisçisidir. Geri qayıt |