Əsas Səhifə > Manşet / Cəmiyyət > Həmkarlar İttifaqı Komitəsinin sədri İTTİHAM OLUNUR
Həmkarlar İttifaqı Komitəsinin sədri İTTİHAM OLUNURBu gün, 10:22 |
|
"SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin (HİK) sədri Esmira Axundova uzun illərdir bu vəzifədə fəaliyyət göstərir və fəaliyyət göstərdiyi müddət ərzində yalnız və yalnız özünə sərvət toplamaqla, gün ağlamaqla məşğul olub". "DİA-AZ" xəbər verir ki, bu iddialar SOCAR rəhbərliyinə sözügedən qurumun işçiləri adından ünvanlanmış müraciətdə yer alıb.
Müraciətdə daha sonra deyilir: "Guya bu xanım namaz qılır... amma etdiyi bütün əməlləri Allahsızlıqdır. 15-20 ildir ki eyni vəzifəni tutur. Fəhlələrlə elə danışır ki, sanki kiminsə ona borcu var, onun yox. İşi bilmir, hörmətsiz qadındı. 3 min əmək haqqı alır, hələ özünə yazdığı mükafatlar... bayram pulları bir yana...
Hər işçinin huququ var ki, il ərzində bir dəfə "putyovka" götursün, ildə bir dəfə maddı yardım alsın, 1 sinifə gedən övladı varsa, ona da maddi yardım düsür... Amma Esmira Axundova illərdir həmin nəzərdə tutulan vəsaitləri müxtəlif adlar altında mənimsəməklə məşğuldur.
Əgər bu faktlar üzrə rəhbərlik tərəfindən konkret yoxlama qərarı verilərsə, ortaya hətta daha da ağır, cinayət tərkibli faktlar üzə çıxmış olacaq..."
Məsələ diqqətimizdədir...
Geri qayıt |