Əsas Səhifə > Manşet / Siyasət > Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ...
Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ...Bu gün, 12:35 |
|
Bərdə rayon sakini Şövqiyyə Piriyeva yaşadığı problemlə bağlı şikayətini dilə gətirib. "DİA-AZ"ın məlumatına görə, üç övlad anası olan və 26 ildir yaşadıqları ərazidə əkinçiliklə məşğul olduğunu bildirən vətəndaş iddia edir ki, qohumları onun torpaq sahəsindən istifadə etməsinə mane olurlar.;> Şövqiyyə Piriyeva bildirir ki, məsələ ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də, indiyədək problemin həllinə nail ola bilməyib. Onun sözlərinə görə, əkin aparmasına imkan verilmədiyindən aldığı toxumlar əlində qalıb və nəticədə məhv olub.Ailəsinin dolanışığının əkinçilikdən asılı olduğunu vurğulayan şikayətçi yaranmış problemin həlli, torpaq sahəsindən istifadə hüququnun təmin olunması və ailəsinin maddi vəziyyətinin daha da ağırlaşmaması üçün aidiyyəti qurumlardan kömək istəyir.;> Geri qayıt |