Əsas Səhifə > Manşet / Sosial > AzəriQaz-a ABSURD SAYĞAC SİYASƏTİ...
AzəriQaz-a ABSURD SAYĞAC SİYASƏTİ...Bu gün, 10:22 |
|
Gülnaz xanım bildirir ki, bu ilin 1 sentyabr tarixindən etibarən yaşadığı mənzilin qaz sayğacında nasazlıq yaranıb. Və bu barədə "Azəriqaz"ın yerli idarəsini dəfələrlə məlumatlandırmasına rəğmən hələ də problemi həll edilməyib. Narazı vətəndaş bildirir ki, nəhayətdə ona son olaraq qurumdan bildiriblər ki, onlar sayğacı dəyişə bilməzlər. Çünki yerli idarədə qaz sayğacı yoxdur: "Daha doğrusu, dedilər ki, qaz sayğacı heç qazı olmayan yeni abunəçilər üçün nəzərdə tutulub. Dəyişdirilmə üçün yoxdur". Ay yarımdır qazsız qaldığını bildirən narazı vətəndaş isə bu absurd cavabla bağlı "Azəriqaz" İB rəhbərliyindən izahat və tədbir görülməsini tələb edir. Geri qayıt |