Əsas Səhifə > Manşet / Ölkə > Dövlət büdcəsinin QƏSDİNƏ DURUBLAR...

Dövlət büdcəsinin QƏSDİNƏ DURUBLAR...


Bu gün, 12:08

"Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısındakı səkini başdansovdu təmir edib, çatlamış daş plitələri səliqəsiz şəkildə dəyişdirməyi təzəcə başa çatdırmışdılar ki, yenə də bir avtomobil düz səkinin üstünə çıxıb!.." "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində tanınmışmemar Elçin T.Əliyev qeyd edib.
Yuxarıdakı fotonu təqdim edən memar daha sonra fikrini belə davam etdirir: "Doğrudanmı, burada birdəfəlik qayda-qanun yaratmaq və avtomobillərin piyadalar üçün nəzərdə tutulmuş əraziyə daxil olmasının qarşısını almaq bu qədər çətindir?
Şəhər təsərrüfatının idarə olunmasında əsl hərc-mərclik hökm sürür! Əvvəlcə büdcə vəsaiti hesabına təmir edirlər, sonra özləri dağıdırlar, ardınca yenidən təmirə başlayırlar..."

Geri qayıt