Əsas Səhifə > Manşet / Sosial > AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır...

AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır...


Bu gün, 09:24

Başı rəsmən pul qazanmağa qarışan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin rəıhbərliyi artıq yarıtmaz fəıaliyyəti səbəbindən davamlı şəkildə vətəndaş etirazlarının hədəfinə çevrilməkdədir. "DİA-AZ" olaraq apardığımız müşahidələr də təsdiqləyir ki, yeni tədris ili açılandan bəri təkcə son 30 gün ərzində paytaxt ərazisində 2000-dən artıq vətəndaş gileyi sosial şəbəkələrdə təsbit olunub.

Hər halda bu fakt gərəkən qurumlar üçün bir siqnal rolunu oynamalıdır. Kimlərsə pul qazanır və yaxud da yaxşı pul qazandırır deyə, insanları bu şəkildə narazı kütləyə çevirmək heç də doğru və məntiqli olanı deyil.

Biz isə bu qəbildən olan növbəti vətəndaş gileyini təqdim edirik.

Yuxarıdakı fotonu paylaşan Məhəmməd Quliyev adlı sosial şəbəkə istifadəçisi AYNA rəhbərliyinə xitabən yazır:

"Şikayətim 205 nömrəli avtobusdandır. Nəsimi metrostansiyasından axırıncı çıxışı saat 22:00 olaraq deyilib.

Lakin neçənci gündür ki,  "Əcəmi"də gözləyirəm... Avtobus gəlmir ki gəlmir... Zəhmət olmasa bir tədbir görülsün..."


Geri qayıt