Əsas Səhifə > Manşet / Gündəm > Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİRBu gün, 06:10 |
|
Ölkə rəhbərliyinə ünvanlanmış müraciətində narazı SOCAR işçisi daha sonra bildirir: "Hal-hazırda xəstəxanada müalicə olunduğum halda mənim yaşadığım ünvana adamlar göndərəcəyi ilə bağlı hədə-qorxu dolu zənglər gəlir. Sonuncu dəfə Balaəli Cəfərov və ona qanunları pozmağa yardım edən “Azneft“ İB nin hüquq departamentinin əməktaşı Rauf Tağıyev tərəfindən yaşadığım ünvana adamlar göndəriləcəyi ilə bağlı təhdid olunmuşam. Mənim üç azyaşlı körpə övladlm hal-hazırda təşviş içində yaşayır. Balaəli Cəfərov qarşıya qoyulan hədəfləri üstələməyən , özünə yaxın olan rəhbər işçilətin peşəkarlığa görə əlavə ödənişlərini artırır, əlavə dəniz ödənişləri edir. Lakin həmin rəhbər şəxslər 3 aydan artıqdır ki, dənizə gedib orda qalmırlar. Bu bir başa dövlətə məxsus vəsaitin mənimsənilməsi halıdır. Bu qədər qanun pozmasına və KORRUPSİYA halına yol verməsinə baxmayaraq Balaəli Cəfərova qarşı tədbir görülmür. Əksinə B.Cəfərovun korrupsiya və dövlət əmlakının mənimsənilməsi faktları barədə məlumat verdiyim üçüm “Korrupsiyaya Qarşı mübarizə haqqında “ Azərbaycan Respublikası qanunun 11.2.2 bəndinin tələbi kobud şəkildə pozularaq mənim barəmdə qisas zəminində şər böhtan yolu ilə tədbir görülərək işdən uzaqlaşdırılmama şərait yaradılır. İşin ən maraqlı tərəfi odur ki, Balaəli Cəfərova bu şərait niyə yaradılır? Mən Möhtərəm Prezidentimiz İLHAM ƏLİYEV Cənablarının sadiq əsgəri olaraq gördüyüm neqativ hallar və Cənab Prezidentə xəyanətlə bağlı hallar barəsində vaxtlnda məlumat verməyi özümə borc bilirəm..." Geri qayıt |