Əsas Səhifə > Manşet / Siyasət > ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ...
ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ...Bu gün, 09:25 |
|
Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərən aparıcı şirkətlərdən biri olan “Şərq-Qərb” ASC-nin Marketinq və yeni məhsullar şöbəsinin müdiri Rza Mirzadə vəzifəsindən ayrılıb. 2018-ci ildən bu şirkətdə çalışan R.Mirzadə bir müddət öncə işdən çıxıb. Yurd.Media-nın əldə etdiyi məlumata görə, o, bu günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumlarının birində direktor vəzifəsində fəaliyyətə başlayıb. Belə ki, o, yeni vəzifəsində nazirliyin tabeliyindəki qurumların birinin əməkdaşı olaraq işğaldan azad edilmiş Cəbrayıl rayonunda fəaliyyət göstərəcək.
Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən isə, “Şərq-Qərb” ASC 2001-cü ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Əhmədov Oktay İskəndər oğludur. Şirkətin nizamnamə kapitalı 589 880 manat təşkil edir. Dövlət satınalmalarının vahid internet portalına nəzər yetirdikdə “Şərq-Qərb” ASC-nin milyonlarla manat dəyərində tenderlərin qalibi olduğunu görmək mümkündür. Xüsusən, şirkətin 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və tabeçiliyində olan müəssisələrlə nəhəng müqavilələr bağladığı məlum olub. Həmin vaxt AMEA-ya Ramiz Mehdiyev rəhbərlik edib. Geri qayıt |