|
"Dünən axşam "Kapital bank" kartımdan ABB kartıma 57 manat pul göndərdim. "Kapital Bank" kartımdan çıxdı. Amma ABB yə gəlib çatmadı..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur. Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Axşam yazdım "Kapital bank" anında cavab verdi və problem bizlik deyil dedi RRN və izləmə kodu verdi .
Amma ABB əməkdaşı mənimlə burda paylaşandan sonra əlaqə saxladı və "sabaha qədər həll ediləcək "dedi. Sonra postu sildim Səhər ABB qaynar xətti, "Facebook" səhifəsindən əməkdaş, proqramından əməkdaşı israrla "sizə "Kapital bank"dan belə bir köçürmə gəlməyib" dedilər Halbuki "Kapital bank" bütün lazımi məlumatları verdi və mən də ABB yə təqdim etdim.
Ya ölkədə bank əməkdaşları camaatın pulun mənimsəyir, ya da sistem nasazlığın düzəldə bilmir! Bu sistemi işlədə bilmirsizsə, buraxın bacaran işləsin! Bezdik hər dəfə problem görməkdən. Belə getsə, camaat nağda qayıdacaq! Zəhmət olmasa mənim 57 manatımı verin! Mən motosiklet üçün təkər alacaqdım..."
Geri qayıt
|